"Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır, avqustun 5dən sonra...


Digərləri 29 İyl 2020 06:02:00 167 0

"Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır, avqustun 5dən sonra...

Bakının "Sədərək" ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.

Son.az bildirir ki, ticarətçilərdən biri hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.

Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.

Hazırda bəzi sahibkarlar vaxtaşırı "Sədərək"ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.