"Niyə ruhdan düşməli, özümüzü sındırmalı, yas tutmalıyıq?"


Şou-biznes 28 İyl 2020 15:46:00 178 0

"Niyə ruhdan düşməli, özümüzü sındırmalı, yas tutmalıyıq?"

Xalq artisti Gülyaz Məmmdova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, "5/5" verilişinə qonaq olan müğənni əsgər geyimində çəkdirdiyi fotosunun tənqid edildiyini bildirib.

O, aparıcı Zaur Kamalın "Başladılar hərbi libas geyinib, başına papaq qoyub şəkillər yaymağa" sözlərinə belə cavab verib:

"Mən də etdim, şəkil çəkdirdim. Dövlət televiziyasında bir layihə idi, ora qatıldıq, "Zəfər marşı" oxuduq. Qürurla geyindim və dayandım. Biz də səhnədə əsgərik. Arxa cəbhədəyik. Səsimizlə, mahnılarımızla dəstəyik. Allah bizə o günü nəsib etsin ki, torpaqlarımız bizə qayıtsın, şəhid verməyək.