Azərbaycanın Türkiyədən sement idxalı azalıb


Digərləri 28 İyl 2020 11:49:00 183 0

Azərbaycanın Türkiyədən sement idxalı azalıb

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,42 faiz azalaraq 16,968 milyon dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyə Azərbaycana 2,91 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 10,48 faiz çoxdur.

2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 1,718 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.