6 yaşlı qızın meyiti su kanalından çıxarılıb


Digərləri 28 İyl 2020 11:38:00 210 0

6 yaşlı qızın meyiti su kanalından çıxarılıb

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.