"Güclü tədbirlər görülərsə, koronavirusun ikinci dalğasının qarşısını almaq mümkündür"


Dünya 27 İyl 2020 17:17:00 162 0

"Güclü tədbirlər görülərsə, koronavirusun ikinci dalğasının qarşısını almaq mümkündür"

İngiltərənin Xarici İşlər naziri Dominik Rab güclü tədbirlər görülərsə koronavirusun ikinci dalğasının qarşısını almağın mümkün olduğunu söyləyib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o bildirib ki, Nazirlər Kabineti tərəfindən sürətli və qətiyyətli addımlar atılmadığı təqdirdə ikinci dalğaya, həmçinin sərtləşdirilmiş karantin rejiminə hazırlıqlı olmaq lazımdır.

Xarici İşlər naziri İspaniyadan gələn turistlərə tətbiq edilən 14 günlük karantin rejiminin başqa ölkələrdən gələnlərə də tətbiq edilməli olduğunu açıqlayıb.

Rab hökumətin qəbul edilən bu qərarlara görə üzr istəməyəcəyini qeyd edib.