ÜSTün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”


Digərləri 27 İyl 2020 15:04:00 160 0

ÜSTün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”

Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası şiddətlənir. Son 6 həftə ərzində xəstəliyə yoluxanların sayı praktiki olaraq ikiqat artıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə brifinq zamanı deyib.

"16 milyon koronavirusa yoluxma və xəstəlikdən 640 mindən çox ölüm halları ilə bağlı ÜST-ə məlumat daxil olub. Pandemiyanın yayılma sürəti artır", - baş direktor vurğulayıb.