Bakıda "Sprinter" motosiklet avtomobillə toqquşdu FOTO


Digərləri 25 İyl 2020 16:50:00 157 0

Bakıda "Sprinter" motosiklet avtomobillə toqquşdu  FOTO

Bakıda motosiklet "Mercedes-Benz Sprinter" markalı avtomobillə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.