Engin Altan Düzyatan tarixi serialda


Digərləri 25 İyl 2020 10:33:00 195 0

Engin Altan Düzyatan tarixi serialda

Türkiyəli aktyor Engin Altan Düzyatan "TRT 1" kanalında yayımlanacaq "Barbaros Hayreddin Paşa" serialında rol almağı qəbul edib.

Son.az axşam.az-a istinadən bildirir ki, yanvarda izləyicilərə təqdim olunması planlaşdırılan ekran işi üçün aktyor saqqalını uzatmağa başlayıb.

Daha öncə "Diriliş Ertuğrul"da rol alan aktyor yeni layihəsi üçün həyəcanlı olduğunu bildirib.

Qeyd edək ki, serialda rol almaq daha öncə Çağatay Ulusoya təklif olunmuşdu.