Los Ancelesdə olan Hüseyn tənqid edildi: "Paraşütdən tullanma, dəstək ol


Şou-biznes 24 İyl 2020 19:18:00 184 0

Los Ancelesdə olan Hüseyn tənqid edildi: "Paraşütdən tullanma, dəstək ol

Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənov yenidən sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Son.az axşam.az-a istinadən bildirir ki, hazırda Los Ancelesdə olan Hüseyn paraşütdən atdanıb. O, görüntülərini sosial şəbəkədə yayımlayıb. Qısa zamanda səhifələrdə paylaşılan görüntülər tənqid edilib.

Hər kəs Los-Ancelesdə azərbaycanlıların şəhidlərimizə dəstək aksiyası keçirdiyi ərəfədə ermənilərin hücumuna məruz qalmasını xatırladıb. Onlar H.Həsənovun həmvətənlərinə dəstək olmadığını qeyd ediblər.

İzləyicilər bloqqerin bir müddət əvvəl orada olarkən fanatları ilə görüşündə yaşanan izdihamı xatırladaraq, onun paraşütdən tullanmaq əvəzinə həmyerlilərimizə dəstək ola biləcəyini yazıblar.