Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib


Digərləri 24 İyl 2020 18:51:23 171 0

Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib.

DİM-dən Son.az-a bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

- Cisco Systems, Inc. şirkətinin "Implementing and Operating Cisco Enterprise Network Core Technologies" sertifikat imtahanı;

- (ISC)2 təşkilatının "Information Systems Security Architecture Professional (ISSAP)" sertifikat imtahanı;

- CompTIA assosiasiyasının "CompTIA A+ Certification Exam: Core 2 (220-1002)" sertifikat imtahanı.