Gizli işləyən hazırlıq mərkəzi aşkarlandı FOTO


Digərləri 24 İyl 2020 17:33:00 154 0

Gizli işləyən hazırlıq mərkəzi aşkarlandı  FOTO

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.