''Survivor''un iştirakçısı məğlubiyyətlə barışa bilmir


Digərləri 22 İyl 2020 19:01:00 182 0

''Survivor''un iştirakçısı məğlubiyyətlə barışa bilmir

''Survivor''un iştirakçısı türkiyəli tanınmış aktyor Barış Murat Yağcı məğlubiyyətlə barışa bilmir.

Son.az ölkə.az-a istinadən bildirir ki, Türkiyə televiziyasında yayımlanan ''Survivor 2020'' yarışmasında finala qalan iki iştirakçıdan biri Barış Murat Yağcı öz ölkəsinə qayıdıb.

O, dostları ilə birlikdə çimərliyə yollanıb. 29 yaşlı aktyorun məyus görünüşü və çimərliyə atlet köynəklə gəlməsi görənlərin diqqətini çəkib. Pərəstişkarları onun məyusluğu qəbul etmədiyini, yarışma psixologiyasından çıxa bilmədiyini deyiblər.