"Facebook" koronavirus dərmanı ilə bağlı paylaşımı sildi


Dünya 22 İyl 2020 04:31:00 142 0

"Facebook" koronavirus dərmanı ilə bağlı paylaşımı sildi

"Facebook" sosial media platforması "Russia Today"ə senzura tətbiq edib.

Son.az xəbər verir ki, şirkətin ərəbcə yayım edən telekanalının hesabındakı koronavirusla bağlı bir videonu silinib.

Videonun fiziki zərər verə biləcək dezinformasiya üçün platformanın icma qaydalarını pozması səbəbilə yayımdan qaldırıldığı bildirilib.

RT-dən verilən açıqlamada videonun Rusiya xəstəxanalarına çatdırılan ilk COVİD-19 dərmanından bəhs edildiyi qeyd olunub. Videonun əvvəlində bəhs edilən dərmanın fotosu yerləşdirilib, dezinformasiyanın isə müzakirə mövzusu olmadığı vurğulanıb. (publika.az)