Piratların ələ keçirdikləri tankerdə girovların yeddisi rusiyalıdır


Dünya 20 İyl 2020 18:22:00 177 0

Piratların ələ keçirdikləri tankerdə girovların yeddisi rusiyalıdır

Dəniz quldurlarının Qvineya körfəzində ələ keçirdikləri "Curacao Trader" tankerində yeddi rusiyalı var.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyindən məlumat verilib.

Qeyd edək ki, gəmi Toqo paytaxtından çıxarkən piratların hücumuna məruz qalıb. Hücum zamanı gəmiyə səkkiz silahlı basqın edib, rusiyalı və ukraynalılardan ibarət 19 heyət üzvündən 13 nəfəri girov götürüb.