Operativ Qərargahdan küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət


Digərləri 20 İyl 2020 18:40:00 139 0

Operativ Qərargahdan küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələr əsasında müvafiq protokollar hazırlanıb, yalnız o protokollara uyğun olaraq dərmanlar alınıb gətirilir.

Son.az APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həmin dərmanlar xəstəxanalara verilir.

O, küçələrdə insanların hərarətinin aparatlarla ölçülməsi təklifinə də münasibət bildirib: "Yalnız hərarət ölçməklə koronavirusu müəyyənləşdirmək də mümkün deyil".

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə küçədə və nəqliyyat vasitələrində polis əməkdaşları tərəfindən hərarətin ölçülməsinin tıxaclara səbəb ola biləcəyini vurğulayıb.