İş adamının 6 milyonluq maşınını


Digərləri 20 İyl 2020 18:44:00 164 0

İş adamının 6 milyonluq maşınını

Türkiyəli tanınmış iş adamı Ali Ağaoğlunun "Rolls Royce" markalı maşınını siçanlar yararsız hala salıb.

Son.az xəbər verir ki, iş adamı Ali Ağaoğlunun başına maraqlı hadisə gəlib. Onun 6 milyon Tl-lik "Rolls Royce" markalı maşını siçanlar tərəfindən korlanıb. İş adamı Bodruma tətilə getmədən əvvəl maşınını tikintisi gedən binaların əhatəsində saxlayıb.

Məlum olub ki, siçanlar maşının elektrik naqillərini yararsız hala salıblar. İş adamı maşınının yararsız hala düşməsi səbəbindən tətilini təxirə salıb. Xatırladaq ki, Ali Ağaoğlu maddi sıxıntılar yaşadığı üçün 5 ədəd "Rolls Royce" markalı maşınını satışa çıxarıb. (ölkə.az)