"Atamın gözləri tutuldu, yaddaşı getdi"


Digərləri 20 İyl 2020 18:06:00 166 0

"Atamın gözləri tutuldu, yaddaşı getdi"

Meyxanaçı Namiq Qaraçuxurlu atasının səhhəti ilə bağlı etiraf edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Zaurla Günaydın" verilişində karantini necə keçirdiyini açıqlayıb. Namiq bildirib ki, atasının səhhətində ciddi problem yaranıb: 

"İlk aylar yaxşı idim: istirahət, idman, yazı-pozu. Son günlər pis keçirirəm. Karantin artıq psixoloji mənə təsir edir. Maddi sıxıntım yoxdur, xərcimi bilən adamam. Ev təmir etmək istəyirdim, onun üçün pul yığmışdım. Karantin düşdü, təmir qaldı. Mən də həmin yığdığımı az-az xərcləyirəm. 

Atamın səhhəti pisləşdi. 65 yaşdan yuxarıların küçəyə çıxmamaq qadağası ona problem yaratdı. Gözləri tutuldu, yaddaşı getdi. Başında herpes çıxmışdı, çirk gözünə tökülüb. Sakit dayanan adam deyil, düşüb həyətdə işləyib. Başına elə iş gəlib. İndi bir az yemək yeməyə başlayıb. Heç kimlə danışmır, özünə qapanıb".