Sami Yusifdən Azərbaycana dəstək paylaşımı FOTO


Şou-biznes 18 İyl 2020 16:09:00 176 0

Sami Yusifdən Azərbaycana dəstək paylaşımı  FOTO

Dünyaca məşhur müğənni Sami Yusif də son günlər Azərbaycanda cəbhədə baş verənlərə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, Cənubi Azərbaycandan olan sənətçi 2,2 milyonluq İnstaqram səhifəsində hekayə bölümündə ölkəmizlə bağlı paylaşımlar edib.

Sami Yusif "Qarabağ Azərbaycanındır", "Azərbaycan üçün dua edin" haştaqı ilə fotolar yayımlayıb. O, daha sonra Ermənistanın işğalçı bir dövlət olduğu, Azərbaycanın torpaqlarını zəbt etdiyi haqda məqalə yerləşdirib.