"Bu qərar son olaylardan sonra ehtiyat tədbiri kimi qəbul edildi"


Digərləri 18 İyl 2020 15:48:05 195 0

"Bu qərar son olaylardan sonra ehtiyat tədbiri kimi qəbul edildi"

Bu uzadılma qərarı düşünürəm ki, 12 iyuldan Tovuzda ermənilərin başlayan təxribatının qarşısını alan ordumuza dəstək aksiyasında minlərlə insanların küçələrə çıxması, şəhidlərimizin dəfn mərasimində böyük kütlənin maskasız iştirakına görə verildi.

Bunu Son.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. 

Xanəndə bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi ehtiyat tədbiri kimi zəruri idi, olmalı idi. Amma bir az da yumşalmalıdır ki, insanlar çox sıxılmasın:

"Bu qərarın son olaylardan sonra ehtiyat tədbiri kimi qəbul edildiyini düşünürəm. Təbii ki, bu, xalqın xeyirinə olan məsələdir. Amma düşünürəm ki, bir az karantin yumşaldılmalıdır. Çünki insanlar da çox əziyyət çəkir, əlbəttə ki, biz hər birimiz də. Çünki biz sənət insanlarıyıq. Yaydır, bir az dəniz mövsümü açılsa, yaxşı olar. İnsanlar heç olmasa, bir az nəfəs alarlar, bir az immun sistemlərini qaldırarlar. Düşünürəm ki, dənizi insanların üzünə açmaq lazımdır. Amma əlbəttə ki, bu, ehtiyat tədbiri kimi zəruri idi, olmalı idi. Amma bir az da yumşalmalıdır. Getdikcə yumşaldılmalıdır ki, insanlar çox sıxılmasın. Alla xalqımızı qorusun. Sevindirici haldır ki, sağalanların sayı yoluxanların sayını keçib artıq. Hamımız istəyirik ki, tezliklə normal həyatımıza qayıdaq. Hər birimiz yorulmuşuq. Təbii ki, dövlətimiz insanları düşünür, biz onu görürük. Nə lazımdırsa, etməyə çalışırlar, amma karantin bir az yumşalsa yaxşı olar".