İnsanlar küsülü olanda, Uca Allah onların əməl dəftərini kənara qoyar


Digərləri 16 İyl 2020 22:05:00 207 0

İnsanlar küsülü olanda, Uca Allah onların əməl dəftərini kənara qoyar

İslam dininin şiddətlə tənqid etdiyi əxlaqi sifətlərdən biri də küsməkdir. Xüsusilə də ailə üzvləri ilə, din qardaş və bacıları ilə.

Həzrət Peyğəmbər (s) Əbuzərə tövsiyə verən zaman buyurur: "Hər bazar ertəsi günü və cümə axşamı günü möminlərin əməl dəftərləri Allah Təalaya təqdim olunur. Allah onların hamısına diqqət edir, iki nəfərdən başqa ki, aralarında kin olar. Əmr edər ki, hələlik onların əməl dəftərini kənara qoyun - o zamana qədər ki, bir-biri ilə barışarlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də mömin nəinki bacı və qardaşı ilə, hətta mömin bacı və qardaşı ilə də küsməli deyildir. Başqaları onları nəhy əz-munkər etməlidir.

Küsülü olmaq - məzəmmət olunan əməldir. Həzrət Peyğəmbər (s) buyurur: "O iki müsəlman ki, bir-biri ilə küsər və üç gün o halda qalarlar, əgər bir-biri ilə barışmazlarsa - İslam dinindən çıxmış olarlar. Onların arasında din və dostluq rabitəsi olmayacaqdır. Ona görə də hər kim söz danışmaq üçün o birisini qabaqlayar - Qiyamət günü daha tez behiştə gedər". (Beytutə)

Qardaşların bir-birindən küsməsi Uca Allahı qəzəbləndirər. Amma lənətlik şeytanı sevindirər. Ona görə də hər Əhli-Beyt (ə) davamçısı bu əməlin nəticəsi haqqında düşünməli və qardaşlıq rabitələrinə dəyər verməlidir.

Kin və küdurət elə sifətlərdir ki, möminə yaraşmaz və şeytanın davamçılarına aid sifətlərdəndir. Hər kimin qəlbində kin olarsa, Allah onu behiştə daxil etməz. Ona görə də bir-birinizdən küsən zaman çalışın barışmaq üçün siz birinci addımı atasınız. O zaman Allah sizi bağışlayar və aranızda olan məhəbbəti bərpa edər.