Uşaqları namaza necə təşviq edək?


Digərləri 16 İyl 2020 21:30:00 171 0

Uşaqları namaza necə təşviq edək?

Bəzi insanlar üçün namaz ağır bir əməl kimi görünür. Necə edək ki, bu insanlar üçün namaz ağır görünməsin? Qurani-Kərimdə buyurulur: "(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir". ("Bəqərə" 45).

Namaz bəzi cavanlar üçün ona görə ağırdır ki, onlar Allaha itaətkar, müti deyildirlər. Bəs nə edək ki, onlar müti olsunlar?

Bir cavan atası ilə parkda əyləşmişdi və onların qarşısında bir quş əyləşmişdi. Atası oğlundan soruşur ki, bu quş nədir? Cavan cavab verir ki, sərçədir.

Bir qədər keçəndən sonra atası yenə həmin sualı verir və oğlu narahat halda deyir ki, bu sərçədir.

Bir müddət yenə keçir və atası yenə həmin sualı verir və oğlu əsəbi halda qışqırır: "Bu, sərçədir!".

Qoca pərişan olur və evə gedib yaddaş dəftərini tapır. Onu vərəqləyib, müvafiq yeri tapır və oğluna deyir: "Sən kiçik olan zaman, günlərin birində həmin sualı məndən 27 dəfə soruşmuşdun və mən də hər dəfə mehriban halda sənə cavab vermişdim. Amma mən indi üç dəfə soruşdum və sən mənim üstümə qışqırdın".

Cavan xəcalət çəkir və atasını qucaqlayır. Sonra isə üzr istəyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu misalla biz görürük ki, müti olub-olmamaq - iradəvi bir prosesdir və onu təmrin etmək olur. Biz gərək elə edək ki, cavanlarımız namaza qarşı müti olsunlar. (Həvzəh)

Bunun üçün:

1. Allahın nemətlərini sadalamalıyıq. Allahın nemətlərini təzə namazqılanlar üçün o qədər sadalamalıyıq ki, xəcalət çəksinlər. Neməti saymağın yollarından biri - onun əksini deməkdir. Misal üçün, əgər Uca Allah içməli suyu şirin deyil, şor xəlq etsəydi, biz nə edərdik?

Bədən üzvlərimizi yada salmaq da neməti saymağın yollarından biridir. Misal üçün, deyə bilərik ki, əgər ancaq baş barmağımız olmasaydı:

- Yaxa düyməmizi çox çətin bağlayardıq.