Şəhid olan 24 yaşlı hərbçimiz


Digərləri 16 İyl 2020 17:57:00 194 0

Şəhid olan 24 yaşlı hərbçimiz

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağstafa rayonu, Kolxəlfəli kənd sakini, Nazim Əfqan oğlu İsmayılov Tovuz istiamətində gedən döyüşlərdə həlak olub.

Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.