MN: Qan Bankında bütün qan qruplarının ehtiyatı var
Digərləri 16 İyl 2020 15:07:00 146 0
Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.
Müdafiə Nazirliyindən Son.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.
Mənbə: milli.az