BakıNovorossiysk kəməri ilə neftin nəqli bərpa edilir


Digərləri 16 İyl 2020 12:11:00 189 0

BakıNovorossiysk kəməri ilə neftin nəqli bərpa edilir

SOCAR bu ilin iyul ayının 17-dən Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) neftin nəqlini bərpa edəcək.

Son.az xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Sabahdan bu kəmər vasitəsi ilə neftin nəqli bərpa ediləcək", - İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı.

Energetika Nazirliyinin məlumatına gərə, 2019-cu ildə SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azalıb.