Koronavirusa yoluxan qonşusunu ziyarətə getdilər


Dünya 16 İyl 2020 11:33:00 165 0

Koronavirusa yoluxan qonşusunu ziyarətə getdilər

Türkiyənin Bitlis əyalətinin Ahlat qəsəbəsində sakinlərinin koronavirusa yoluxduğu məlum olan bir bina karantinə alınıb.

Son.az İHA-ya istinadən xəbər verir ki, test nəticələri pozitiv çıxanlar və onlarla təmasda olan qonşuların çoxluq təşkil etdiyi ortaya çıxınca məlum olub ki, yoluxan qonşularını bina sakinləri ziyarət ediblər. Bu səbəbdən dərhal belə bir qərar verilib. Bina sakinləri 15 iyul 2020-ci il tarixindən etibarən karantinə alınıb. 

Binaya giriş-çıxış bağlanıb. Sakinlərin ərzaq və digər təminatlarını səlahiyyətli qurumlar üzərlərinə götürüblər.