Allah yanında ən sevimli infaq – haqqı deməkdir


Digərləri 16 İyl 2020 08:25:00 144 0

Allah yanında ən sevimli infaq – haqqı deməkdir

"Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin". ("Nisa" 135).

Həzrət Peyğəmbər (s) buyurur: "Ən təqvalı insan o kəsdir ki, haqqı deyər, istər xeyirinə olsun, istərsə də ziyanına".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Mömin heç bir infaqı Allah Təala yanında ondan sevimli deyildir ki, qəzəblənən və razı olan zaman haqqı desin".

Əmirəl-möminin (ə) buyurur: "Peyğəmbərin (s) qılıncının qulpunda yazılmışdı: "Haqqı de, baxmayaraq ki, sənin əleyhinə olsa belə"".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Allah yanında ən üstün insan o kəsdir ki, haqqa əməl etməyi batilə əməl etməkdən daha çox sevir. Baxmayaraq ki, onun üçün ziyanlı olsa belə".

Həzrət Peyğəmbər (s) buyurur: "Məbada insanlardan qorxmaq ona mane olar ki, insan haqqı bilər və deməz. Bilin ki, sözün ən üstün cihadı - haqdır ki, zalım və yolunu azmış rəhbər qarşısında deyilər".

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü üç nəfər bütün insanlardan Allaha daha yaxın olacaqdır. (Onlardan biri) o insandır ki, haqqı əleyhinə və ya lehinə desin".