Panama sahillərində güclü zəlzələ baş verib


Dünya 16 İyl 2020 08:28:00 163 0

Panama sahillərində güclü zəlzələ baş verib

Panama sahillərində 5.8 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji xidməti xəbər verib.

Bildirilir ki, yeraltı təkanların episentri 82 min sakini olan David şəhərindən 120 km cənub-şərqdə, ocağı isə 5.7 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.