Allahın möminlərə verdiyi bu vədə – əslində böyük müjdədir


Digərləri 16 İyl 2020 07:31:00 150 0

Allahın möminlərə verdiyi bu vədə – əslində böyük müjdədir

Allah Təala Quranda buyurur: "(Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir". ("Nur" 38).

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: "Allah Təala onlara hər saleh əməllərinin qarşılığında həmin əməldən daha ali mükafat verər. Yəni, Allah hər saleh əmələ görə xırdaçılıq etməz. Onun təsirini aradan aparmaz. Həmin əməli daha gözəl şəklə salar.

Bu ayədə gələn "fəzl" sözü əta mənasını verir. Yəni, Allah Təala Öz fəzlindən o qədər verir ki, onların saleh əməllərindən daha çox olur.

Allahın möminlərinə saleh əməllərinə görə verdiyi mükafat, əslində həmin əməlin mükafatından qat-qat çox olar.

Bu vədə - Allahın mömin bəndələrinə verdiyi misilsiz vədələrdən biridir".