Başqalarının sirrini öyrənmək olarmı?


Digərləri 16 İyl 2020 07:21:00 183 0

Başqalarının sirrini öyrənmək olarmı?

O kəs ki, insanlara qarşı bədgüman olar, onun sirlərini öyrənməyə çalışar ki, öz bədgümanlığı üçün şahid əldə etsin. O, bu yolla başqalarının əmin-amanlığını xətərə salmış olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanların sirrini açmağa çalışmaq, əslində sui-zəndən qaynaqlanır.

Nəticədə sui-zənni gücləndirər.

Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis insanlar - bəd güman bəsləyənlər və bədgümanların ən fasidi isə insanların sirrini açmağa çalışanlardır. İnsanların sirrini açmağa çalışanların ən alçağı - onların ən çox danışanıdır".

İnsanların sirrini açmağın təsirləri.

İnsanların sirrini açmağın həm fərdi və həm də ictimai təsirləri vardır. Bu təsirlərə nəzər salaq.

1. Cəmiyyətin əmin-amanlığı təhlükəyə düşər. Əgər cəmiyyətdə insanların sirrini açmaq hissi güclənərsə, insanların ictimai əmin-amanlığı təhlükəyə düşər. Etimad, dostluq və qardaşlıq insanları tərk edər. O kəs ki, başqalarının eybini açmağa çalışar - özünə dost tapa bilməz. İmam Sadiq (ə) buyurur: "İnsanların sirrini açmağa çalışma ki, dostsuz qalacaqsan".