Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir


Digərləri 15 İyl 2020 19:35:00 187 0

Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin "WeRide" startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksi servisini istifadəyə verəcək. Proqrama Quançjou şəhərində start verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqların startap nümayəndələrini, hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.

Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən izlənilərək idarə olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur.