ABŞda büdcə defisiti rekord həddə çatıb


Dünya 15 İyl 2020 00:45:00 182 0

ABŞda büdcə defisiti rekord həddə çatıb

İyun ayında ABŞ-da büdcə defisiti rekord məbləğə - 864 milyard dollara çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, büdcə defisiti may göstəricisindən iki dəfə, ötən ilin iyun ayının göstəricisindən isə demək olar ki, 10 dəfə çoxdur. Bundan başqa, iyun ayında büdcə gəlirlərinin azalması 2019-cu maliyyə ilinin defisitinə bərabər olub.

Nazirliyin məlumatına əsasən, büdcə kəsirinin artması federal hökumətin koronavirusun yayılmasına qarşı mübarizədə artan xərcləri, həmçinin vergi yığımının azalması ilə bağlıdır.

Bir qədər əvvəl ABŞ Maliyyə Nazirliyinin sabiq rəhbəri Henri Polson xəbərdarlıq etmişdi ki, dövlət borcunun nəzarətsiz artması və büdcə defisiti dolların dünyanın əsas ehtiyat valyutası qismində nüfuzunu itirməsinə gətirib çıxara bilər.