Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı


Digərləri 14 İyl 2020 15:45:00 158 0

Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı

Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Aəzrbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.