Avtomobillə velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürdü


Digərləri 14 İyl 2020 14:21:00 159 0

Avtomobillə velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürdü

Cəlilabadda velosiped sürən 4 yaşlı uşaq avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumatına görə, iyulun 13-də saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.