Göldə boğulan oğlunu xilas etmək istəyən məşhur aktrisa ÖZÜ BATIB


Dünya 14 İyl 2020 11:41:00 189 0

Göldə boğulan oğlunu xilas etmək istəyən məşhur aktrisa ÖZÜ BATIB

Amerikalı məşhur aktrisa Naya Riveranın oğlu ilə birlikdə gəzintiyə getdiyi göldə itkin düşdüyü barədə məlumat vermişdik. 

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, "Glee" serialı ilə məşhurlaşan aktrisa Naya Riveranın meyiti tapılıb.

Hadisə ilə bağlı səlahiyyətli qurumlardan verilən açıqlamaya görə, 33 yaşlı məşhur aktrisa göldə boğulan oğlunun həyatını xilas etmək istəyən zaman boğulub. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Piru gölündə üzərkən yoxa çıxan aktrisanın axtarışlarına 100 nəfərlik xilasetmə qüvvələri cəlb edilmişdi.