Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü


Digərləri 14 İyl 2020 11:14:00 167 0

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ölən qadının kimliyi müəyyən edilib.

Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.