Bakıda 2 yaşlı uşaq eyvandan yıxılıb öldü


Digərləri 14 İyl 2020 10:35:00 188 0

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılıb öldü

Bakıda azyaşlı evin eyvanından yıxılıb ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədəki mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin eyvanından yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.