“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”


Digərləri 14 İyl 2020 10:24:00 191 0

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

Bakı Sağlamlıq Mərkəzi COVİD-19 infeksiyasına yoluxmuş Kliniki Tibbi Mərkəzin reanimatoloqu Dr. Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub:

"Ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".