Son sutkada Pakistanda koronavirusdan 169 nəfər həyatını itirib


Dünya 14 İyl 2020 08:58:00 175 0

Son sutkada Pakistanda koronavirusdan 169 nəfər həyatını itirib

Son sutka ərzində Pakistanda COVID-19 virusundan 169 nəfər həyatını itirib. Bununla da vəfat edənlərin sayı 5 min 266-ya çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada virusa 2 min 751 nəfər yoluxub. Yoluxan pasiyentlərin sayı 251 min 625 nəfərə çatıb.

Vurğulanır ki, xəstəxanalarda 84 min 442 xəstə müalicə edilir ki, onlardan 1837 xəstə ağır vəziyyətdədir.