Koronavirusun yeni növü aşkarlandı


Dünya 13 İyl 2020 15:07:00 149 0

Koronavirusun yeni növü aşkarlandı

Yeni növ koronavirus (COVİD-19) infeksiyasını vaxtında aşkar etdik və onun qarşısını ala bilərdik, ancaq bizə imkan verməyib susdurdular.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu fikirləri Uhan şəhərinin Mərkəzi xəstəxanasının həkimi Ay Fen Çinin "Jenu" jurnalına müsahibəsində deyib.

Uhanlı həkim Ay Fen bildirib ki, COVİD-19 koronavirus infeksiyası simptomlu ilk xəstə 2019-cu ilin dekabrın 27-də Uhan şəhər Mərkəzi xəstəxanasına daxil olub. "Xəstə infeksiyanı çox ağrı formada keçirirdi, ancaq onda hansı infeksion xəstəliyin olduğunu müəyyən edə bilmirdik. Xəstəni 10 gün müalicə etsək də, aparılan müalicə nəticə vermirdi. Pasiyentin vəziyyəti getdikcə ağırlaşırdı. Bu müddət ərzində bir neçə belə xəstə xəstəxanaya daxil oldu. Laborator analizlər nəticəsində xəstələrin ağ ciyərlərində kəskin respiratorlu bakteriyalar, SARS koronavirusu və digər bakterioloji çöplər aşkar edildi. Xəstlərin analizlərinin nəticələri barədə xəstəxananın pulmonolgiya şöbəsinin müdirinə təqdim etdik. O nəticələrə baxdıqdan sonra dedi ki, çox pis..."-  Ay Fen qeyd edib.

Çinli həkim əlavə edib ki, həmin gün işdən evə qayıtdıqdan sonra gecə xəstəxana rəhbərliyindən bir neçə təhdid dolu xəbərdarlıq zəngləri oldu. Xəbərdarlıq edildi ki, yeni xəstəlik barədə heç kimə bir kəlmə də deməsin. "Mən bütün gecəni yata bilmədim və baş verənlər barədə düşündüm", - Ay Fen vurğulayıb.

Onun sözlərinə görə,  səhəri gün işə gəldikdən sonra  xəstəxananın nizam-intizam komissiyasına çağırıblar: "Mənə və daha digər 8 həkim həmkarıma  şiddətli töhmət verildi. Cəzalandırılmağımızın  səbəb isə WeChat vasitəsi ilə yeni xəstəliyi digər xəstəxana həkimləri ilə müzakirə etməyimiz  göstərilib. Bütün məsuliyyəti üzərimə götürməyimə baxmayraq, nəticəsi olmadı. Nəticədə  8 həkim həmkarım da cəzalandırıldı".

Ay Fen bundan sonra rəhbərliklə görüşərək tutduğu vəzifədən azad edilməsini istəsə də, rəhbərlikdən yox cavabı alır: "Bundan sonra daha çox qorxdum. Axşam evə döndükdən sonra həyat yoldaşıma bildirdim ki, əgər başıma bir iş gələrsə, uşaqların tərbiyəsi ilə məşğul olasan".

Bundan sonra həkim koronavirus haqqında hətta yaxınlarına bir kəlmə deyə biməsə də, onlara maska taxıb,insanların çox olduğu yerdə, küçədə  qələbəlik yerlərdə gəzməməyi tövsiyyə edir.

Vəziyyət getdikcə daha da ağırlaşır. Çin  hökuməti  məcburiyyət qarşısında yeni virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırır.

Ay Fen bildirib ki, həkimlər baş verən hadisələrədən narahat olsa da, real təhlükədən qorunmaq üçün əlləridnən bir şey gəlmirdi. "Rəhbərlik xəstəlik barədə həkimlərə konkret bir söz deyilmirdi. Məsələni bacardıqca gizlətməyə çalışırdılar. Virus barəsində ancaq həkimləröz aralarında gizli söhbət edər və bir-birini xəbərdar edirdi. Hətta həkimlərə  bu barədə SMS və ya messencerlə yazmaq qadağan olunmuşdu. Bu azmış kimi həkim və tibb bacılarına qoruyucu maska taxmaq qadağan olunub. Bu yolla panika yaratmamağa çalışırdılar". Ay Fen deyir ki, vəziyyət günbə-gün, saatbasaat pisləşməyə doğru gedirdi. Xəstələrin sayı getdikcə artırdı. Hətta vəziyyət o həddə çatdı ki, tibb işçilərindən  virusa yoluxan oldu.