Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib


Dünya 13 İyl 2020 13:17:00 146 0

Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 32 151 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 182 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 573 nəfər koronavirusdan ölüb.