Qazaxıstanda COVID19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək


Dünya 13 İyl 2020 10:10:00 181 0

Qazaxıstanda COVID19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Qazaxıstanda 13 iyul - ümummilli matəm günü saat 12:00-da koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsi bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Prezidentinin müşaviri Yerlan Karin aktiv gəncləri, blogerləri, gənclər mərkəzlərini, fəal icmaları, gənclər təşkilatlarını və birliklərni COVID-19 qurbanlarının ailələrinə dəstək və ehtiramlarını bildirməyə dəvət edib.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev iyulun 13-də Qazaxıstanda koronavirusdan ölənlərin matəm günü elan edilməsi haqda sərəncam imzalayıb.

Son məlumatlara görə, ölkə üzrə koronavirusa yoluxanların sayı 58 min 253 nəfərə, sağalanların sayı isə 33 min 814 nəfərə çatıb, COVID-19-dan 264 nəfər həlak olub.