İsti havada alkoqol qəbul edənləri gözləyən TƏHLÜKƏ


Digərləri 13 İyl 2020 07:28:00 162 0

İsti havada alkoqol qəbul edənləri gözləyən TƏHLÜKƏ

Rusiyalı psixiatr-narkoloq Aleksey Kazantsev isti havada spirtli içki qəbul etməyin zərərlərindən danışıb.

Son.az xəbər verir ki, mütəxəssis isti havada hətta kiçik dozada alkoqol qəbulundan intoksikasiyanın tez baş verdiyini deyib.

"İsti havalarda sərxoş vəziyyətdə olan bir şəxs sərinləməyə çalışır, dərinliklərini bilmədən bulaqlara, müxtəlif su obyektlərinə üz tutur, gücünü hesablamır".

Narkoloq isti havada spirtdən imtina etməyi və ya qazsız az alkoqollu içkilər seçməyi tövsiyə edib. Spirtli içki qəbul edərkən dam örtüyü və ya kölgə altında olmaq məsləhət görülür.