Keçmişin populyar tendensiyası yenidən DƏBƏ MİNDİ FOTO


Digərləri 13 İyl 2020 07:14:00 172 0

Keçmişin populyar tendensiyası yenidən DƏBƏ MİNDİ  FOTO

Ötən əsrin trendi olan Bermuda şortları yenidən dəbə minib.

Son.az xəbər verir ki, bu barədə "Daily Mail"ə ingilis stilist Cess Vud məlumat verib. Moda eksperti bildirib ki, dizə qədər uzanan bol kəsimli şortlar bir çox dəb blogerlərinin qarderobuna yol tapıb. O, qeyd edib ki, belə şortlar müxtəlif vaxtlarda dünyanın məşhurları geyinib, xüsusilə ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi və supermodel Sindi Kroufordun favoritləri idi.

Bermuda şortlar ilk vaxtlıarda uzun boylu qadınlara tövsiyə olunurdu, lakin orta boylu qızlar da bunu hündürdaban ayaqqabılarla birləşdirərək vizual olaraq ayaqları uzun göstərə bilər. (publika.az)