Samsung, Huawei, Xiaomi və Apple şirkətlərinin bazar payı açıqlanıb


Digərləri 12 İyl 2020 23:50:00 225 0

Samsung, Huawei, Xiaomi və Apple şirkətlərinin bazar payı açıqlanıb

Mobil şirkətlərin iyun ayı ərzində qlobal miqyasda bazar payı açıqlanıb.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda Global Stats analitik şirkəti məlumat yayıb.

Məlumata görə, ötən ay ərzində dünya üzrə Samsung 31.06%, Apple 25.26%, Huawei 10.69%, Xiaomi 8.55% bazar payına sahib olub.

İyun ayında Samsung şirkəti Azərbaycanda ən çox bazar payına sahib olan kompaniya olaraq qeydə alınıb. Ötən ayda sözügedən şirkətin ölkə üzrə bazar payı 50.63% olub. Xiaomi şirkətinin bazar payı 25.38%, Apple 12.29%, Huawei-də isə 4.73%-ə çatıb.