Ford yeni avtomobilini təqdim edib


Digərləri 12 İyl 2020 23:40:00 210 0

Ford yeni avtomobilini təqdim edib

Ford yeni Mustang Mach 1 modelini təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, yeni avtomobil 482 at gücü və  5 litrlik səkkizsilindrli mühərrikə sahibdir.

Yeni modeldə kapotdakı iri hava qəbulediciləri nazik kəsiklərlə əvəzlənib. Avtomobilin 19 düymlük təkər diskləri klassik Magnum 500 üslubunda dizayna malikdir.

Mustang Mach 1 modeli gümüşü, narıncı  və mavi də daxil olmaqla yeddi rəngdə istehsal olunub.

Qeyd edək ki, yeni model 2021-ci ilin yayında satışa çıxarılacaq.