Çinin ilk batiskaf daşıyan gəmisi


Digərləri 12 İyl 2020 23:25:00 238 0

Çinin ilk batiskaf daşıyan gəmisi

Çinin  "Tansuo-2" gəmisi gəmiqayırma zavodunu tərk edərək Xaynan əyalətinin Nanşan limanına gəlib.

Son.az seanews.az-a istinadən bildirir ki, gəmi limana dənizin dərinliyində çalışan "Fendouzhe" pilotlu batiskafını çatdırıb.

"Tansuo-2" gəmisi əvvəllər mühəndis gəmisi kimi fəaliyyət göstərirdi. Lakin sonradan gəmi modernləşdirilərək batiskaf daşıyıcısı kimi fəaliyyət göstərməyə başladı. Sözügedən batiskaf dənizin 10 min metr dərinliyinə qədər enə bilir.

"Tansuo-2" gəmisinin uzunluğu 87.2, eni isə 18.8 metr, suya oturumu 6.7 min ton, sürəti isə 14.2 uzeldir.