Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı


Digərləri 12 İyl 2020 22:42:00 140 0

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 568 234 test aparılıb. Aktiv xəstə sayı 8 642 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.