Keke Rosberqin Lamborghini Countach superkarı satışa çıxarılıb FOTO


Digərləri 12 İyl 2020 22:30:00 191 0

Keke Rosberqin Lamborghini Countach superkarı satışa çıxarılıb  FOTO

İtaliyada, ilk sahibi 1982-ci ilin Formula 1 üzrə dünya çempionu Keke Rosberq olan Lamborghini Countach superkarını satışa çıxarıblar. 1985-ci ildə buraxılmış superkarın yalnız iki sahibi olub, yürüşü isə 14 min kilometrdir. Avtomobil ideal vəziyyətdədir.

Keke Rosberq Lamborghini Countach modelini 1985-ci ilin aprelində əldə edib: Finlandiyalı dünya çempionu bir silindrində dörd klapanı olan mühərrik ilə təchiz edilmiş Countach LP5000 Quattrovalvole versiyasını alıb. Belə Countach modelinin əsas fərqləri kevlardan hazırlanmış  kuzov panelləri və karbüratörlərin dəyişdirilmiş yerləşməsidir.

Son.az autograph.az-a istinadən bildirir ki, Lamborghini Countach LP5000 Quattrovalvole modeli 454 at qüvvəsi hasil edən 5,2-litrlik V12 mühərriki ilə təchiz edilib. Güc qurğusunun fırlanma anı 5-pilləli mexaniki transmissiya vasitəsilə arxa təkərlərə ötürülür. Cəmi 610 ədəd LP5000 QV modeli buraxılıb.

Rosberq tərəfindən sifariş edilmiş Lamborghini superkarının digər xüsusiyyəti, fil sümüyü rənginə boyanmış kuzovun və ağ dəri ilə üzlənmiş interyerin birləşməsidir. Superkarın əfsanəvi pilota məxsus olması xüsusi lövhəcik ilə sübut olunur.

35 il ərzində avtomobilə yaxşı baxılıb, buna görə də onun texniki vəziyyət əladır: həm daxili, həm də xarici görünüş orijinal formasını qoruyub saxlanmışdır. Superkarla birlikdə 1980-ci illərin alətlər dəsti və ehtiyat təkəri təklif olunur. Salonda orijinal olmayan yalnız kilimlərdir.