Sualtı fotoqrafiya tarixi


Digərləri 12 İyl 2020 22:05:00 421 0

Sualtı fotoqrafiya tarixi

Su altında foto ilk dəfə 1856-cı ildə çəkilib. Fotonun müəllifi Uilyam Tompson bu fotonu dirəyə quraşdırılmış kamera ilə çəkə bilib.

Son.az seanews.az-a istinadən bildirir ki, fotoqraf dirəyi sahilə yaxın yerdə, dənizin çox da dərin olmayan hissəsində quraşdırıb. Çox aşağı keyfiyyəti olan fotoda yalnız dəniz yosunları əks olunub.

43 il sonra, 1899-cu ildə Lui Butan ağır dalğıc kostyumunda dənizin 50 metr dərinliyinə enərək keyfiyyətli foto çəkməyə nail olub.

Müvafiq texnikanın istifadəsi üçün ağır çəkisi olan xüsusi qutu 3 nəfərin köməyi ilə suya salınıb. Suyun altını işıqlandırmaq üçün Butan xüsusi işıqlandırma sistemi də yaradıb. Fotoçəkiliş prosesi 2 saat davam edib. Bu eksperimentdən sonra sualtı tədqiqatçının sağlamlığında ciddi problemlər yaranır və o, dərinlikdə fotoçəkilişlərə son qoyur.

İlk rəngli sualtı foto 1926-cı ildə doktor Uilyam Lonqli və "National Geographic" jurnalının fotoqrafı Çarlz Martin tərəfindən Meksika körfəzində çəkilib.