Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb


Dünya 12 İyl 2020 12:02:00 165 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 857 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.